• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL ilk endirimli reysini həyata keçirdi

AZAL ilk endirimli reysini həyata keçirdi
08.08.2015 10:17
Şirkət məlumat yaydı.

Avqustun 7-də "Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Antalya-Bakı aşağı büdcəli reysi ("lou-kost”) üzrə ilk uçuşu həyata keçirilib. 

Bu barədə Oxu.Az-a "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.

Bu gündən etibarən Bakı-Antalya-Bakı reysi üzrə uçuşlar həftədə 3 dəfə təşkil ediləcək. Bakı-Antalya-Bakı aşağı büdcəli reyslərinə biletlərin satışına iyulun 24–dən başlanılıb, iki gün ərzində isə avqustun 7-si reysinə bütün biletlər satılıb.

Qeyd edək ki, AZAL daha çox tələbatın olduğu marşrutlar - Bakı-İstanbul-Bakı reysi üzrə sentyabrdan başlayaraq hər gün 1 uçuş, Bakı-Moskva-Bakı istiqaməti üzrə oktyabrdan başlayaraq hər gün 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə 1 uçuş olmaqla aşağı büdcəli reysləri də həyata keçirəcək.

Standart "lou-kost” modelindən fərqli olaraq AZAL-ın "lou-kost” xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstərilir və təyyarənin salonunda yer seçimi üçün əlavə ödəniş alınmır. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçirilir. Bu təyyarənin salonundakı bütün yerlər eyni rahatlığa malikdir.

Qeyd edilən istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabitdir və bir tərəfə 99 avro təşkil edəcək. Yəni, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça bilir. Sərnişinlər hər bir baqaj üçün isə 25 avro ödəyirlər.

AZAL-ın bütün reyslərinə biletləri onlayn rejimdə (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkündür. Bu isə sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev aviabiletlərin qiymətlərinə yenidən baxılması və qiymətlərin azaldılması ilə bağlı konkret tapşırıq vermişdi. Dövlət başçısının tapşırığına uyğun olaraq, "Azərbaycan Hava Yolları” QSC aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib.

Ölkə başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən isə bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30 faiz arasında endirim tətbiq olunmasına qərar verilib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol