Ekspertlər: ​FES uçot dərəcəsi ilə bağlı fikrini dəyişə bilər

20:05 | 08.06.2016
Ekspertlər: ​FES uçot dərəcəsi ilə bağlı fikrini dəyişə bilər

Ekspertlər: ​FES uçot dərəcəsi ilə bağlı fikrini dəyişə bilər

ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini yay aylarında artırması ehtimalları güclənə bilər.

"Report" xəbər verir ki, buna səbəb ABŞ Əmək Statistikası Bürosunun ölkənin əmək bazarında vakant iş yerləri ilə bağlı bu gün açıqlayacağı aylıq göstərici ola bilər. 

Xatırladaq ki, keçən həftə ABŞ-da açıqlanan məşgulluq göstəricisinin proqnozlardan kəskin aşağı düşməsi FES-in yay aylarında uçot dərəcəsini artırması ehtimallarını azaldıb. Belə ki, hazırda FES-in uçot dərəcəsini iyunda artırması ilə bağlı ehtimallar 3,8%, iyul iclası üzrə isə 23%-ə bərabərdir. Əksər analitiklər FES-in uçot dərəcəsini ilin sonuna yaxın artıracağını düşünürlər.

"CBS News Money Watch"un araşdırma eksperti Entoni Mirheydəri (Anthony Mirhaydari) hesab edir ki, ABŞ Əmək Statistikası Bürosunun ölkənin əmək bazarında boş vakansiyalar üzrə göstəricisi FES rəhbəri Jannet Yellenin ən çox diqqət etdiyi iqtisadi indikatordur. O, hesab edir ki, əgər bu göstərici proqnozları doğrultsa, FES-in yayda uçot dərəcəsini yüksəltmək ehtimalı yenidən güclənəcək. Qeyd edək ki, apreldə açıq vakansiyalar üzrə proqnoz 5,672 mln. nəfər təşkil edib.

"Capital Economics"in analitikləri hesab edirlər ki, maliyyə bazarları FES-in inflyasiya səviyyəsi ilə faiz dərəcələri arasındakı fərqin azaldılmasını zəruri hesab etmir. Analitiklərin fikrincə, FES uçot dərəcəsini 2017-ci ildə və daha sürətli templərlə artıracaq ki, bu da öz növbəsində dolları möhkəmləndirəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM