Əlcəzair millisi pul mükafatından imtina etdi

20:39 | 03.07.2014
Əlcəzair millisi pul mükafatından imtina etdi

Əlcəzair millisi pul mükafatından imtina etdi

Əlcəzair millisinin futbolçusu İslam Slimani ərəb iş adamları və sənətçilərin vermək istədiyi mükafatıdan imtina edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, özünün və komanda yoldaşlarının bu pula ehtiyacı olmadığını deyib.

İ.Slimani onlara veriləcək pulun Fələstin xalqına göndərilməsini istəyib:

"Çünki onların bu köməyə daha çox ehtiyacı var".

Qeyd edək ki, bəzi ərəb iş adamları və sənətçiləri DÇ-2014-də Əlcəzair milisinin futbolçularının vurduğu hər qola görə pul mükafatı, qələbəyə görə isə son model avtomobil hədiyyə edəcəklərini açıqlayıblar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb