Emin də buzlu suda çimdi - VİDEO

12:57 | 20.08.2014

Eminin üzərinə buz parçalarının da olduğu suyu oğlanları Əli və Mikayıl töküb.

Məşhur bəstəkar-müğənni Emin Ağalarov xeyriyyə məqsədilə keçirilən ümumdünya Ice Bucket Challenge (Buz vedrəsi yarışı) onlayn- fleşmobda iştirak edib.

ANN.Az Azvision.az-a istinadən xəbər verir ki, fleşmobun qaydalarına görə, iştirakçılar bir vedrə buzlu suyu üzərlərinə tökür, sonra analoji hərəkəti dostlarına və ya tanışlarına təklif edirlər.

Emin daha sonra müğənnilər - Stas Mixaylov, Svetlana Lobada və Ani Lorakı buzlu su sınağından keçməyə cağırıb. 

Eminin çağırış videosu onun Instagram hesabında yerləşdirilib. Onu da qeyd etmək lazımdır ki, Eminin üzərinə buz parçalarının da olduğu suyu oğlanları Əli və Mikayıl töküb.

Ice Bucket Challenge-də çox sayda məşhurlar - Bill Qeyts, Mark Tsukerberq, Stiven Spilberq, Miki Rurk, Ledi Qaqa, Britni Spirs, Castin Timberleyk və başqaları da iştirak edib. Castin Biber ABŞ prezidenti Barak Obamaya çağırış etsə də qarşı tərəfdən hələ ki heç bir cavab gəlməyib.

Bu filantropik fleşmobun məqsədi mərkəzi sinir sisteminin xəstəliyi olan amiptrofik skleroz (ALS) haqqında maarifləndirmədir.Qeyd etdiyimiz kimi xeyriyyə kampaniyasına dəstək olmaq istəyən insanlar bir vedrə soyuq suyu üstlərinə tökməli, sübut üçün özlərini görüntüləyib videonu sosial şəbəkəyə yerləşdirməlidirlər. Bundan başqa onlar eyni hərəkəti təkrar etsinlər deyə dostlarına, həmkarlarına, tanışlarına bir sözlə istədikləri adama çağırış edə bilərlər. Əgər onlar 24 saat ərzində çağırışa cavab verməsələr kampanityanın təşəbbüskarı olan ALS Association fonduna 100 dollar ödəməli olacaqlar. Əgər çağırışı qəbul etsələr fleşmob onlara bir vedrə soyuq su və 10 dollarla başa gələcək. 

ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti