Ən bahalı futbol klubları açıqlandı - SİYAHI

10:51 | 10.05.2014
Ən bahalı futbol klubları açıqlandı - SİYAHI

Ən bahalı futbol klubları açıqlandı - SİYAHI

Tanınmış "Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının siyahısını açıqlayıb.ANS PRESS-in məlumatına görə, dünyanın tanınmış jurnalı "Forbes" hər il olduğu kimi bu ildə dünyanın ən bahalı klublarının siyahısını tərtib edib.Siyahıya "Real Madrid" futbol klubu başçılıq edir. 3,44 milyard dollar dəyəri olan klubun son mövsümdə 4 faiz yüksəlmə olub. Növbəti - ikinci pillədə isə "Real Madrid" futbol klubunun əzəli rəqibi olan "Barselona" futbol klubu yer alıb. Bu klubun dəyəri isə 3,2 milyard dollar təşkil edir. Üçüncü yerdə isə onları 2,81 milyard dollar dəyərilə "Mançester Yunayted" futbol klubu izləyir.Qeyd edək ki, ən bahalı klubların ilk iyirmiliyində İngiltərənin 6, İtaliyanın 5, Almaniyanın 4, İspaniyanın 3 futbol klubu qərarlaşıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb