Ərdoğan iftar süfrəsində

10:17 | 15.06.2016
Ərdoğan iftar süfrəsində

Ərdoğan iftar süfrəsində

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcədən nəzərdə tutulmayan səfər edib. 

Ölkə başçısı və general Hulusi Akkar Mehmetçik əsgərləri ilə iftar süfrəsini bölüşüb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi  məlumata görə, ötən gün rəcəb Tayyib Ərdoğan Mardin aeroportuna öncədən nəzərədə tutulmamış eniş edib. Axşam saatlarında Mardin şəhərinə çatan prezident,  general və Baş Qərargah sədri Hulusi Akkar ilə hərbi komandanlığa yollanıb.

70-ci Mexaniki Briqadanın hərbi komandanlığına gələn Ərdoğan və general Akkar əsgərlərlə bərabər iftar süfrəsinə əyləşiblər. Komandanlıqda prezidentin gəlişi ilə əlaqədar olaraq təhlükəsislik tədbirləri görülüb.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb