Ərəb şeyxi Fəxri Xiyabanda

11:26 | 02.04.2015
Ərəb şeyxi Fəxri Xiyabanda

Ərəb şeyxi Fəxri Xiyabanda

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum dünəndən etibarən Azərbaycanda rəsmi səfərdədir. 

"Qafqazinfo” xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra ərəb şeyxi Fəxri Xiyabanda olub və mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib.

Məhəmməd bin-Rəşid Əl-Maktum və onunla birgə gələb nümayəndə heyətini Bakı Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müşayiət edib. 

Qeyd edək ki, iki günlük səfər çərçivəsində Azərbaycanda dövlət başçısı və digər rəsmi şəxslərlə görüşlər gözlənilir.

Xatırladaq ki, Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun 40 milyard sərvəti var.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb