Erməni əsgər hər şeyi etiraf etdi

11:07 | 01.09.2017
Erməni əsgər hər şeyi etiraf etdi

Erməni əsgər hər şeyi etiraf etdi

Ermənistan ordusunda sıravi hərbi qulluqçuların vəziyyəti dözülməzdir. Bəzi əsgərlər zabitlərin davranışlarına dözməyərək intihar edirlər.

Virtualaz.org  verir ki, bu sözləri Ermənistan ordusunun keçmiş əsgəri David Arian "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D.Arian bildirib ki, övladlarının daha bir ay da xəstəxanada qalması üçün öz əmlaklarını satan və ya kredit götürən xeyli sayda insan tanıyır. O qeyd edib ki, cinsindən asılı olmayaraq, hərbi xidmət asan iş deyil. Hərbi xidmətdəki çətinliklərin öhdəsindən gəlməkdə mənəvi çətinlik çəkən və buna görə dözməyərək intihar edən insanlar var. Özü də bu yolla ölənlər cəbhədə qarşı tərəfin gülləsindən ölənlərin sayından çoxdur.

Keçmiş əsgər xatirələrini bölüşərək bütün hərbi hissənin bir anda bağırsaq infeksiyasından xəstələndiyini qeyd edib: "Elə alındı ki, bütün hərbi hissədə hamıda qanaxma oldu. Tibb məntəqəsində mənə dərman verdilər, amma kömək etmədi. Bağırsaq infeksiyası bütün hərbi hissələrdə yayılır. Ayaqyoluna gedə bilmədiyimizdən 20 gün yeməkxanada heç nə yemədik. Evə zəng edib "Narine” (müalicəvi bitki) göndərmələrini istədim. Xidmətin sonuna qədər ondan içdim. Bu, mənə bir qədər kömək etdi, amma indi də problemlərim var. Xidmət davam edirdi, ağır fiziki işlər, gecə növbəsi, poliqon. Əsgərlərin sağlamlığı ilə əlaqədar problemlər zabitlərin vecinə də deyildi. Hərbi hissədə "Kobra” ləqəbli zabit var idi. Ona bu ləqəbi ona görə veriblər ki, əlini kobra ilanı kimi tutub əsgərlərin alnına vurardı. Başqa bir zabit isə əsgərlərin alnına əli ilə vururdu. Bir neçə dəfə belə halların şahidi olmuşam”.

Onun sözlərinə görə, xidmət zamanı "Çyolka” ləqəbli polkovnik-leytenant Ararat Melkumyan əsgəri döyüb: "O, çox qəddar adam idi. Kəmərləri sıx bağlamayan əsgərləri cəzalandırırdı. Əsgərləri yanına çağırır, kəmərin dəmir hissəsi ilə başlarına vururdu. Bir dəfə ayağımdan elə vurdu ki, uşaqlar məni qucaqlarında tibb məntəqəsinə aparmalı oldular. Üç gün yataqda qaldım, bundan sonra isə bir həftə əsa ilə gəzdim”.

D.Arian qeyd edib ki, əsgərlərin bir çoxu təhqiredici addımlara dözməyərək intihara cəhd edir. Alçaldıcı hərəkətlər və göstərilən təzyiqlərə görə çoxları damarlarını kəsməyə çalışıb. Hətta bir dəfə əsgər başı ilə tibb məntəqəsinin pəncərəsini qırıb özünü aşağı atdı, xoşbəxtlikdən sağ qaldı. Şəxsi heyət daxilində müharibənin bərpası təqdirində əsgərlərin əvvəlcə geri dönüb öz zabitlərini güllələyəcəyi ab-havası var. Elə əsgərlər var ki, sırf zabitləri öldürmək üçün müharibənin başlamasını istəyir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb