Çexiyada binalarda maska taxmaq məcburi oldu

16:52 | 09.09.2020
Çexiyada binalarda maska taxmaq məcburi oldu

Çexiyada binalarda maska taxmaq məcburi oldu

Çexiyada koronavirusa yoluxanların sayı artdığı üçün ölkə üzrə bütün binalarda maska taxmaq məcburi olub.

Anews.az "Sputnik”ə istinadən xəbər verir ki, Çexiya Səhiyyə naziri Adam Voyteç, bu qərarın müvəqqəti olaraq məcburi olacağını bildirib. Nazir həmçinin qeyd edib ki, buna mütəxəssislərlə bərabər qərar verilib.

Ötən gün Çexiyada 1164 yeni yoluxma faktı aşkarlanıb.

Çexiyada bu vaxta kimi COVID-19-dan 441 nəfər dünyasını dəyişib, 29 min 877 nəfər koronavirusa yoluxub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb