Çezare Prandelli istefa verdi

10:15 | 25.06.2014
Çezare Prandelli istefa verdi

Çezare Prandelli istefa verdi

İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli vəzifəsindən istefa verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis DÇ-2014-ün D qrupunda Uruqvay millisinə məğlub olduqları oyundan (0:1) sonra bu qərara gəlib.

Oyundan sonra keçirilən mətbuat konfransında Prandelli bunları deyib: “Dörd ildir ki, dünya çempionatında uğur qazanmaq üçün çalışırdıq. Ancaq bir qırmızı vərəqə hər şeyi dəyişdi. İnsanlar məni və İtaliya Futbol Federasiyasını  ölkənin pullarını oğurlamaqda günahlandırırdılar. Həmişə vergiləri ödəmişəm. Başıuca gəzə bilərəm. İstəmirəm ki, kimisə qarət etdiyimi düşünsünlər. İstefa verirəm və qərarımı dəyişməyəcəm”.

Xatırladaq ki, İtaliya Uruqvaya uduzmaqla mundialla vidalaşıb.

Qeyd edək ki, Prandelli İtaliya Futbol Federasiyası ilə sözləşməsini 2016-cı ilə qədər uzatmışdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb