Əzim Əzimzadənin xatirəsinə həsr edilmiş sərgi FOTOLAR

14:34 | 13.05.2014
Əzim Əzimzadənin xatirəsinə həsr edilmiş sərgi FOTOLAR

Əzim Əzimzadənin xatirəsinə həsr edilmiş sərgi FOTOLAR

Bu yaxınlarda Müasir İncəsənət Mərkəzində əfsanəvi Azərbaycan rəssam-karikaturaçısı, həmyerlilərinin yaddaşında ən gözə çarpan ədəbi əsərlərin illüstratoru kimi qalmış Əzim Əzimzadənin 134 illiyinə həsr edilmiş sərgi açıldı.
Çoxlu davamçıları və pərəstişkarları olan Əzim Əzimzadə öz işinin görkəmli ustası idi. Gənc rəssamların sərgisində biz bir daha buna əmin olduq.
Əzimzadənin əsərlərinin əsas mövzusu sosial ziddiyyətlər, ənənələr və xalqın məişəti idi. Maraqlı fakt ondan ibarətdir ki, Əzim Əzimzadənin xüsusi bədii təhsili olmasa da, onun bədii satirası Azərbaycan karikatura məktəbinin əsasını qoydu. Belə yerdə deyirlər ki, rəssam olmurlar, rəssam doğulurlar.
Təşkilatçıların üç zalda yerləşdirdikləri rəsmlərə baxarkən, mən də bütün qonaqlar kimi, yaxşı mənada təəccübləndim. Qeyd etməyə dəyər ki, bizim Azərbaycan rəssamlarımızı həmişə fərqləndirən cəhət ondan ibarət olub ki, onlar dünya rəssamlığının əsas elementlərini öz milli istiqamətləri ilə birləşdirərək, inanılmaz sintez etmək bacarığına sahibdirlər, bunun sayəsində də qalın kətanda cəzbedici rəng çalarları ilə valehedici işlər yaradırlar. Bu sərgi də istisna olmadı.
ANN.Az-la söhbət zamanı Əzim Əzimzadənin ev muzeyinin direktoru İradə xanım dedi ki, gənc rəssamların Əzim Əzimzadəyə necə böyük hörmətlə yanaşmasını görmək ona çox xoşdur. "Sərgi mənim çox xoşuma gəldi. Uşaqlar çox çalışdılar, bu, onların gördükləri işdən görünür. Mənə xoşdur ki, bu tədbir  Əzim Əzimzadənin doğum gününə həsr edilmişdir. Mən arzu edirəm ki, müvəqqəti olaraq təmirə bağlanmış muzeyimiz tezliklə açılsın. Çünki orada bu istedadlı gənc rəssamların əl işlərinin sərgisini keçirmək istəyirəm, onlar öz rəsmləriylə ustad rəssam Əzim Əzimzadənin xatirəsini yad etdilər. Ələxsus da gənclərin nümayiş etdirdikləri rəsmlər məni çox sevindirdi. Baxmayaraq ki, burada gənc rəssamlar iştirak edirlər, onların əl işləri kifayət qədər yetkindir", İradə xanım dedi.
ANN.Az paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və sizə istedadlı Azərbaycan rəssamı Emil Əzizin əl işlərini təqdim edir.
Kamal Əli
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb