Əzizova qızıl medal ala bilmədi - FOTOLAR+YENİLƏNDİ

22:36 | 18.06.2015
Əzizova qızıl medal ala bilmədi - FOTOLAR+YENİLƏNDİ

Əzizova qızıl medal ala bilmədi - FOTOLAR+YENİLƏNDİ

67 kq çəki üzrə taekvondo dünya çempionumuz Fəridə Əzizova final görüşündə rusiyalı rəqibi Anastasiya Barişnikova ilə qarşılaşdı. 

ANN.Az xəbər verir ki, finalçılar arasında güclü mübarizə gedib. Nəticədə 5:6 hesabla rəqibinə uduzdu

 
 
*** 
 
67 kq çəki üzrə taekvondo dünya çempionumuz Fəridə Əzizova finala gedən yolda isveçli Elin Yohanssonla üz-üzə gəlib. Oyun yerli vaxtla saat 17.00-da başlayıb. 

ANN.Az xəbər verir ki, Fəridə Əzizova 5:2 qələbə ilə uğur əldə edib və finala yüksəlib.


O, ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. O, görüşün startında hesabda geri düşsə də, inamlı döyüş sayəsində qarşılaşmanın ssenarisini dəyişə bilib. Nəticədə Avropa çempionuna 6:2 hesabı ilə qalib gələn Əzizova yarımfinala vəsiqə qazanıb.
 
Qeyd edək ki, final yarışmasında Fəridə Əzizova rus rəqiblə üz-üzə gələcək. Anastasiya Barişnikova yarımfinalda fransız rəqibini məğlub edərək finala çıxa bildi.
 
Orxan Aslanlı
 
Fotolar müəllifindir

 
 
























































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM