Facebook-da uşağı aldadıb oğurladılar

20:15 | 01.11.2016
Facebook-da uşağı aldadıb oğurladılar

Facebook-da uşağı aldadıb oğurladılar

Türkiyədə ilginc cinayət hadisəsi baş verib.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, İstanbulda sosial şəbəkədə 16 yaşlı bir yeniyetməni iş vədi ilə görüşə çağırıb oğurlayıblar.

Polislərin istintaq əməliyyatı nəticəsində yeniyetməni 12 gün müddətinə əsir tutan 2 şəxs, nəhayət, ələ keçib.

Əməliyyat zamanı oğurlanan İraq əsilli uşaq A.M.S.A., əlləri və ayaqları bağlı şəkildə divanın içərisində aşkar edilərək xilas edilib. O da məlum olub ki, cinayətkarlar uşağı yalnız 300 min lirə qarşılığında sərbəst buraxmaq fikrində olublar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM