FİFA prezidentinin qardaşı oğlu qanunsuz bilet satırmış

15:11 | 05.07.2014
FİFA prezidentinin qardaşı oğlu qanunsuz bilet satırmış

FİFA prezidentinin qardaşı oğlu qanunsuz bilet satırmış

FİFA prezidenti Yozef Blatterin yegəni Filipp “Match Hospitality” şirkətinin sərmayəçilərindəndir.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, o, Braziliyada futbol üzrə dünya birinciliyinin oyunlarına qanunsuz bilet satışında iştirak edib.

 

 

Mənbə bildirib ki, bir müddət öncə Rio-de-Janeyro polisi oyunlara qanunsuz bilet satan beynəlxalq şəbəkəni aşkarlayaraq, ləğv etdiyi haqda açıqlama vermişdi.

 

Bu məsələ ilə əlaqədar daha 11 nəfərin saxlanıldığı bildirilib.

 

Braziliya KİV-in məlumatına əsasən, qanunsuz bilet satışında futbol üzrə Braziliya millisinin keçmiş baş məşqçisi Dunqa, millinin keçmiş oyunçuları Junior Bayano və Karlos Alberto, habelə Ronaldinonun qardaşı Roberto de Assis də şübhəli bilinirlər.

 

Onlar FİFA-nın Milli federasiyalara ayırdığı biletləri ələ keçirərək, onu “qara bazarda” satışını təşkil edirmişlər.

 

Məlumata əsasən, Argentina Futbol Federasiyanın prezidenti Xulio Umberto FİFA tərəfindən ona verilən pulsuz bileti öz dostuna satıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb