“Firdovsi Umudovun əziyyətini itirə bilmərik” - Hacı Əliyev

20:12 | 01.01.2021
“Firdovsi Umudovun əziyyətini itirə bilmərik” - Hacı Əliyev

“Firdovsi Umudovun əziyyətini itirə bilmərik” - Hacı Əliyev

"Firdovsi müəllimin ölkə güləşi və idmanı üçün həqiqətən böyük əziyyəti, işləri olub. Bunu mən və digər güləşçilər itirə bilmərik”,  bu sözləri Azərbaycan güləş yığmasının üzvü Hacı Əliyev "Report”a açıqlamasında deyib. O, federasiyanın vitse-prezidenti Firdovsi Umudovun baş məşqçi təqdimatı üçün keçirilən iclasa qatılmamasına münasibət bildirib. 3 qat dünya və Avropa çempionu olan Əliyev Umudovun hər zaman idmançılara məsləhət verdiyini bildirib:

"Federasiya rəhbərliyi Namiq Abdullayevin baş məşqçi olmasını məsləhət görüb. Umudovun isə federasiyada öz işi və vəzifəsi var. Amma yenə də məşqçimizdir. Hər zaman öz məsləhətlərini verir. Mən o işlərə qarışa bilmərəm. Niyə iştirak etmədiyini deyə bilmərəm. Bir az qəliz məsələlərdir. Elə şeylər var ki, danışa bilmərəm”.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb