Fransa terrora görə “Wi-Fi”dan istifadəni qadağan edir

21:16 | 08.12.2015
Fransa terrora görə “Wi-Fi”dan istifadəni qadağan edir

Fransa terrora görə “Wi-Fi”dan istifadəni qadağan edir

Fransa Daxili İşlər Nazirliyi internetə ictimai "Wi-Fi” şəbəkəsi vasitəsilə daxil olmaq və "Tor” anonim şəbəkəsinin bloklanması ilə bağlı təkliflər hazırlayıb.
 
Təcili olmayan antiterror tədbirlərinə aid təkliflərin 2016-cı ilin yanvarında təqdim ediləcəyi gözlənilir. Sənəddə "Tor”un konkret necə blok ediləcəyi barədə məlumat verilmir.
 
Təklif olunan tədbirlərə, həmçinin qanunvericilikdə VoIP xidmət (internet ilə səsli zənglər) operatorlarının güc strukturlarına hökumətin sorğusu əsasında şifrləmə açarlarının verilməsini nəzərdə tutan dəyişikliklər daxildir, -"www.gazeta.ru” yazır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti