Futbol tarixinin ən bahalı gənc transferləri - SİYAHI

15:53 | 10.05.2014
Futbol tarixinin ən bahalı gənc transferləri - SİYAHI

Futbol tarixinin ən bahalı gənc transferləri - SİYAHI

Futbol tarixinin yaşı 20-dən aşağı olan ən bahalı futbolçu transferləri müəyyənləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, siyahıya 18 yaşında "Everton"dan "Mançester Yunayted"ə transfer olunan Ueyn Runi başçılıq edir. 

Mançester təmsilçisi isgilis hücumçunu heyətinə qatmaq üçünn 37 milyon avrosundan keçmişdi. Xavyer Saviola ikinci, Anderson isə üçüncü olub.

 

Futbol tarixində yaşı 20-dən aşağı olan ən bahalı 10 transfer aşağıdakılardır:

1. Ueyn Runi - 18 yaşında "Everton"dan "Mançester Yunayted"ə 37 milyon avroya transfer olunub.

2. Xavyer Saviola - 19 yaşında "River Pleyt"dən "Barselona"ya 35.9 milyon avroya transfer olunub.

3. Anderson - 19 yaşında "Portu"dan "Mançester Yunayted"ə 31.5 milyon avroya transfer olunub.

4. Markinyos - 19 yaşında "Roma"dan PSJ-ə 31 milyon avroya transfer olunub.

5. Antonio Kassano - 19 yaşında "Bari"dən "Roma"ya 28.5 milyon avroya transfer olunub.

6. Serxio Ramos - 19 yaşında "Sevilya"dan "Real"a 27 milyon avroya transfer olunub.

7. Con Obi Mikel - 19 yaşında "Lion"dan "Çelsi"yə 23.6 milyon avroya transfer olunub.

8. Romelu Lukaku - 18 yaşında "Anderlext"dən "Çelsi"yə 22 milyon avroya transfer olunub.

9. Aleksandre Pato - 17 yaşında "İnternasional"dan "Milan"a 22 miyon avroya transfer olunub.

10. Serxio Aquero - 18 yaşında "İndependente"dən "Atletiko" (Madrid) klubuna 21.7 milyon avroya transfer olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb