Füzuli dairəsi qismən bərpa olunur – FOTOLAR

16:00 | 30.06.2017
Füzuli dairəsi qismən bərpa olunur – FOTOLAR

Füzuli dairəsi qismən bərpa olunur – FOTOLAR

Bakının Yasamal rayonunda Beşmərtəbə yaxınlığındakı Füzuli dairəsi qismən bərpa edilir.  

anews.az 1news.az-a istinadən xəbər verir ki, dairədə Azərbaycan prospektindən (keçmiş Hüsi Hacıyev küçəsi) Füzuli və Şıxəli Qurbanov küçələrinə ("Nizami” metrostansiyası istiqamətində) yeni döngə inşa edilir, daha öncə isə burada "qış bulvarı”nın davamının inşaatı planlaşdırılırdı.  

Aparılan tikinti işlərini şərh edərkən, "Azəravtoyol” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli işlərin cədvəl üzrə getdiyini bildirib. 

"Yeni döngə bordürlərlə əhatə edilib, burada yeraltı kommunikasiyasının yenilənməsi üzrə işlər gedir, daha sona döngə asfaltla örtüləcək”, - A.Nəcəfli bildirib. 

Yeni döngə haqqında daha ətraflı məlumatı aşağıda təqdim edilmiş foto və xəritədən əldə edə bilərsiniz. 
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb