Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası... - Fotolar

17:17 | 05.06.2015
Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası... - Fotolar

Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası... - Fotolar


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 87-ci teatr mövsümü üçün nəzərdə tutulmuş son premyeranı öz tamaşaçılarına təqdim etməyə hazırlaşır.
 
ANN.Az xəbər verir ki, Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin görkəmli  Azərbaycan  yazıçı - dramaturqu  Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşanın premyerası iyun ayının 11-də saat 19.00-da nümayiş etdiriləcək.  
 
Iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
 
Tamaşada rolları Əməkdar Artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.  
 
 
Sözügedən tamaşanın teatrın yeni – 88-ci mövsümündə RF-in bir sıra şəhərlərində nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb