Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var - YENİLƏNİB

14:24 | 16.04.2024
Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var - YENİLƏNİB

Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var - YENİLƏNİB

Gəncədə şagirdlər arasında baş verən dava Aşıq Ələsgərli adına 36 nömrəli tam orta məktəbin sanitar qovşağında baş verib. Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb. 

"Aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib. Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - məlumatda qeyd olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, məsələyə hüquqi qiymət veriləcək.

13:36

Gəncədə 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Bu barədə Report xəbər verib.

Bildirilib ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib.
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb