Güləşçilərimiz bürünc qazandılar - 25-ci medal

20:12 | 18.06.2015
Güləşçilərimiz bürünc qazandılar - 25-ci medal

Güləşçilərimiz bürünc qazandılar - 25-ci medal

ANN.Az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında bu gün güləş yarışları davam etdirilib və idmançımız bürünc medala sahib olub.

Bürünc medalı qazanmaq üçün 70 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Dıbırhacıyev Ruslan Gürcüstan güləşçisi Tlaşadze Davit üz-üzə gəlib. Görüşdə təmsilçimiz rəqibini 6:2 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. 
 
Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvü Hacı Əliyev bürünc medal qazanıb.
 
Apasport.az saytının məlumatına görə, Recep Aktaş Minurla (Türkiyə) qarşılaşan həmyerlimiz rəqibinə heç bir şans verməyib (10:2) və Avropa Oyunlarını 3-cü yerdə bitirib.
 

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM