Gülünc səbəbdən kütləvi dava başladı, polis qüvvələri cəlb olundu – VİDEO

13:40 | 23.03.2019
Gülünc səbəbdən kütləvi dava başladı, polis qüvvələri cəlb olundu – VİDEO

Gülünc səbəbdən kütləvi dava başladı, polis qüvvələri cəlb olundu – VİDEO

"YouTube” blogerləri o qədər məşhurlaşıb ki, adamlar onlara görə davaya da çıxır. Almaniyada belə hadisə baş verib. Görüntülər "İnstagram”da yayılıb.
Bizimyol.info xəbər verir ki, blogerlər – Ştutqartdan Tatsbəkir və Berlindən Bahar Əl Amud arasında münaqişə yaranıb. Onlar Berlinin mərkəzi meydanında görüş təyin edib, pərəstişkarlarını da çağırıblar. Görüşə 400-ə qədər adam gəlib. Gələnlərin arasında yeniyetmələr də olub.

Görüş davasız ötüşməyib. 50 nəfər davada iştirak edib, 2 nəfərin bıçağını polis onların əlindən alıb. 100-ə qədər polisin müşahidə etdiyi görüşü axırda gözyaşardıcı qazla dağıtmaq lazım gəlib. 9 nəfər həbs olunub. Dava 4,5 saatdan sonra yatırılıb.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb