Hadi Rəcəbli ilə vida mərasimi keçirilir- YENİLƏNİB

11:14 | 17.04.2024
Hadi Rəcəbli ilə vida mərasimi keçirilir- YENİLƏNİB

Hadi Rəcəbli ilə vida mərasimi keçirilir- YENİLƏNİB

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilir.
 
Mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.
 
 
****** 
 
Milli Məclisin sabiq deputatı Hadı Rəcəbli vəfat edib. Bu barədə Apa məlumat yayıb. 
 

 
TƏBİB açıqlama yayaraq bildirib ki, sabiq deputatın  həkiməqədər ölümü qeydə alınıb.
 
Onun qardaşı İqbal Rəcəbli reporta açıqlamasında bildirib ki, Rəcəbli ürəktutmasından vəfat edib. 
 
Hadı Rəcəbli I-V çağırış Milli Məclisin deputatı olub. Sonuncu çağırış Parlament seçkilərində Mərkəzi Seçki Komissiyası onun səslərini pozuntu halı kimi qeydə aldığı üçün namizədliyi ləğv olunub. 
 
Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb