"Harri Potter" populyarlıqda "Romeo və Cülyetta"nı üstələyib

22:36 | 12.08.2016

"Harri Potter" populyarlıqda "Romeo və Cülyetta"nı üstələyib

Coan Roulinqin "Harri Potter və lənətlənmiş uşaq" əsəri uzun müddət Böyük Britaniyada satış lideri olan Uilyam Şekspirin "Romeo və Cülyetta" pyesini populyarlıqda üstələyib.

"Report" xəbər verir ki, bu barədə "The Daily Mail" nəşri yazıb.

"Harri Potter" fanatları yeni kitabın satışa çıxarılmasından sonrakı ilk həftə ərzində C.Roulinqin əsərindən 847 886 nüsxə alıb.

Qeyd edək ki, 1998-ci ildə "Penguin Classics" tərəfindən nəşr edilən U.Şekspirin "Romeo və Cülyetta" kitabı ilk həftədə 127 726 nüsxə satılmışdı.

Məlumatda o da qeyd olunur ki, reytinqdə yalnız səhnə üçün olan dram əsərləri (pyeslər) və ya onların quruluşu üçün ssenarilər nəzərə alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb