Hava şəraiti yağmurlu olacaq, rayonlara dolu düşəcək

14:33 | 31.05.2016
Hava şəraiti yağmurlu olacaq, rayonlara dolu düşəcək

Hava şəraiti yağmurlu olacaq, rayonlara dolu düşəcək

Bakı və Abşeron yarımadasında 27 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gün ərzində paytaxt və yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.
İyunun 1-də Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 14-19, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza əsasən iyunun 1-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM