Havalar kəskin dəyişir - XƏBƏRDARLIQ

15:58 | 08.07.2020
Havalar kəskin dəyişir - XƏBƏRDARLIQ

Havalar kəskin dəyişir - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Xidmətin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 6-8 dərəcə aşağı enəcək.

İyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. 

Qərb küləyi 15-20, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu  ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb