Həkimi Oqtay Güləliyevin durumu barədə yazdı: "Vəziyyəti stabil olaraq qalır" - FOTO

20:22 | 03.11.2019
Oktay Güləliyevin vəziyyəti stabil olaraq qalır. 

Anews.az xəbər verir ki, bu barədə  həkim Adil Qeybulla  öz "Facebook" səhifəsində yazıb. 

Həmin yazını olduğu kimi təqdim edirik: " İndicə Oqtay Gülalıyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir.
Allah şəfa versin! P.S.: Məlumat üçün bildirirəm ki, komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır. Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək nəqsədilə sabah Oktay bəyin ilk daxil olduğu 1 saylı klinik mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram".

Qeyd edək ki, O.Güləliyev oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyunadi Accent" markalı avtomobillə yolu keçərkən vurulub.
 
 
 
Zaur Qənbərov

www.anews.az
loading...