I Avropa Oyunları ilə bağlı müşavirə keçirildi

16:34 | 14.02.2014
I Avropa Oyunları ilə bağlı müşavirə keçirildi

I Avropa Oyunları ilə bağlı müşavirə keçirildi

Bu gün Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahovun sədrliyi ilə geniş tərkibli müşavirə keçirilib. ANN.Az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, müşavirədə I Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rəsmi nümayəndə heyətlərinə, idmançılara və tədbirdə iştirak etmək üçün Bakı şəhərinə gələcək qonaqlara nəqliyyat xidmətlərinin təşkilinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətraflı müzakirə edilib. Bu işlərin yüksək səviyyədə təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.Qeyd edək ki, müşavirə Nazirliyin aidiyyəti struktur bölmələrinin və tabeli qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Metropoliteninin və Bakı - 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb