İbrahimoviç yenə ən yaxşı oldu

12:15 | 12.05.2014
İbrahimoviç yenə ən yaxşı oldu

İbrahimoviç yenə ən yaxşı oldu

Fransa Liqasında cari mövsümün ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib.Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, PSJ-nin hücumçusu Zlatan İbrahimoviç ardıcıl ikinci dəfə ölkə çempionatının ən yaxşısı seçilib. O, komanda yoldaşları Tiaqo Silva, Tiaqo Motta və "Monako"dan Ceyms Rodriqesi geridə qoyaraq bu mükafatın sahibi olub.Mükafatlandırma mərasimində fikirlərini bildirən isveçli oyunçu bu mövsümü özü üçün uğurlu hesab edib: "Bu mükafatı qazandığım üçün sevinirəm. Cari mövsüm futbolçu karyeramda ən uğurlu mövsümlərdən biri oldu. Komanda yoldaşlarıma, klubda çalışanlara, azarkeşlərə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, növbəti mövsüm də burada olaram".Qeyd edək ki, bu mövsüm 25 qol və 13 məhsuldar ötürmə ilə yadda qalan Z.İbrahimoviç PSJ-nin çempion olmasında böyük rol oynayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb