İçəridən baxış: Londonun nəqliyyat muzeyi REPORTAJ

14:13 | 05.08.2015
İçəridən baxış: Londonun nəqliyyat muzeyi – REPORTAJ

İçəridən baxış: Londonun nəqliyyat muzeyi REPORTAJ

Rüstəm Qasımov

Londonun ən gözəl məkanlarına səyahətimizi davam etdiririk. Bu dəfə biz Dumanlı Albionun ən maraqlı muzeylərindən biri olan Londonon nəqliyyat muzeyinə baş çəkəcəyik, burada Böyük Britaniyanın ən orijinal nümunələri nümayiş etdirilir. 
 


Muzeyi tapmaq elə də çətin deyil, o, Londonun ən qələbəlik rayonlarından biri olan Kovent-Qardendə yerləşir, bura turistlərin ən sevdiyi məkanlardan biridir. Bu məkana baş çəkmək üçün ideal vasitə metrodan istifadə etmək və "Kovent Qarden” stansiyasında düşməkdir. Muzeydə yetkinlər üçün biletin qiyməti bizim pulla 25 manat dəyərindədir, ancaq sərfəli qiymətə abunə olmaqla il boyu muzeyə baş çəkə bilərsiniz. Bundan başqa, əgər siz qrupla səyahət edirsinizsə, o zaman muzeydə endirimlər nəzərdə tutulub. Analoji endirimlər uşaqlar, tələbələr və ailələr üçün də nəzərdə tutulub. Bileti aldıqdan sonra kart əldə edirsiniz, beləliklə də, sizin səyahətiniz başlayır. 
 


Qeyd etmək yerinə düşər ki, Londonun nəqliyyat muzeyi xüsusi görkəmi ilə seçilmir. Ancaq burada ən maraqlı kolleksiyalar toplanıb, siz burada ultra-yeni avtomobillərlə tanış olmaqla, səyəhətinizi başlaya bilərsiniz. 
 



Yuxarıda qeyd etdiyimi kimi, bu muzey Londonun digər, bir gün belə gəzib qurtara bilməyəcəyiniz muzeyləri kimi nəhəng deyil. London nəqliyyat muzeyi böyük zaldan ibarətdir, siz yuxarı mərtəbəyə qalxmaqla, kolleksiyalarla tanış olmağa başlaya bilərsiniz. Sizə kolleksiyalara toxunmağa, həmçinin onları daha yaxşı hiss edəsiniz deyə, avtobuslara minib oturmağa da icazə verilir.  
 


Muzey tədris xarakteri daşıyır və bu və ya digər nəqliyyat vasitəsi haqda ətraflı məlumat almaq üçün eksponatlar əyani vəsait kimi istifadə edilir. Buna görə də ingilis pedaqoqlar muzeyə müntəzəm olaraq ekskursiyalar təşkil edirlər. Mənim səyahətim zamanı ətrafda xeyli sayda uşaq gördüm. Onlardan bəziləri valideynləriylə, fotolarda gördüyünüz digərləri isə müəllimləriylə gəlmişdilər.  Bir-birindən ayrılmamaq üçün və digər uşaqlarla yerlərini səhv salmamaq üçün onların əyinlərinə parlaq açıq-yaşıl rəngdə jiletlər geyindirirlər. 
 


Ziyarətçilərin ən çox marağına səbəb olan eksponat ənənəvi ingilis ikimərtəbəli avtobuslardır. Bir zaman istəyirdilər yeni üslub qazandırmaqla köhnə avtobusları modifikasiya edib Londonun küçələrinə buraxsınlar. Şəhər sakinləri arxa qapıları olmayan iki mərtəbəli qırmızı avtobuslara çox bağlıdırlar, ona görə də onlar yeni ideyaya qarşı çıxdılar və plan yerinə yetirilməmiş qaldı. 
 




Təəccüblü olsa da, məşhur London taksisini muzeydə görə bilmədim, muzeydə taksilərin başqa köhnə və maraqlı modelləri varıydı.  
 


Muzeyin ikinci mərtəbəsində gözəl bir mənzərə açılırdı. 
 


Ziyarətçilər ikinci mərtəbəyə qalxmaqla, nəqliyyat vasitələrinə yuxarıdan, daha ətraflı baxmaq imkanı qazanırlar. 
 



Balaca ziyarətçilərin ən xoşuna gələn tramvaylardı, bir vaxtlar bu nəqliyyat vasitəsi London küçələrində şütüyürdü. İndi isə onlar yalnızca muzey eksponatlarıdır. 
 


Sizin diqqətiniz şəhər transportunun modelləri və obrazlarına diqqətiniz cəlb etmək istəyirəm, ölçü baxımından olmasa da, onlar orijinal modellərin eynisidirlər. Bu miniatürdə olan əsl kopiyadır. 
 




Bu da miniatür tramvaylardır. 
 





Eksponatdan eksponata keçdikcə, mən əmin oldum ki, Londonun nəqliyyat muzeyində hər şey uşaqlara hesablanıb, məsələn, metronun vaqonuna daxil ola, sükanın arxasına keçə və nəqliyyat vasitəsilərinin daxilini və başqa şeyləri öyrənmək olar. Muzeydə elə eksponatlar var ki, əsl nəqliyyat vasitələrinin hissələrindən ibarətdir, onlara baxmaqla nəyin necə quraşdırıldığını anlamaq mümkündür. 
 



İngilislərin boru adlandırdığı, məşhur London metrosunun, daha doğrusu şəhərin altında hərəkət edən elektriçkaların miniatürləri bunlardır. 
 


Burada vaqona daxil olmaqla, özünü keçən əsrdəki kimi hiss edə bilərsən. 
 


Elektriçkanı gözləyən zaman belə orijinal dayanacaqda gözləyə, daha doğrusu metro dayanacağında gözləyə bilərsiniz. 
 


Sərnişin qatarları da kifayət qədər gözəl və orijinaldırlar, hər şeyin təbii görünməsi üçün hətta vaqonlarda sərnişin kuklalar da qoyulub. 
 



Beləliklə, 45 dəqiqəlik gəzinti çox yaddaqalan və maraqlı alındı. Londonun digər muzeylərindən fərqli olaraq, nəqliyyat muzeyində kilometr uzunluğunda növbələr olmur, bu bir tərəfdən yaxşıdır, sakit şəkildə eksponatlara maneəsiz baxmaq olur. Yekun olaraq, əminliklə deyə bilərəm ki, bu muzey Britaniyanın ən yaxşılarından biridir, burada hər kəs özü üçün nəsə maraqlı bir şey tapa biləcək. 

Xoş seyrlər: 
 













































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb