İkinci "METRO GALLERY" sərgisi oldu - FOTOLAR

14:55 | 15.07.2015
İkinci

İkinci "METRO GALLERY" sərgisi oldu - FOTOLAR

Bu gün "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə "Metro Gallery” layihəsi çərçivəsində fotosərginin açılışı baş tutub.
 
ANN.Az xəbər verir ki, bu, "Bakı Metropoliteni” QSC-nin sosial yönümlü ikinci sərgisidir. Daha öncə metronun "Nəriman Nərimanov” stansiyasının təmirdən çıxmış keçidlərində talassemiyalı uşaqlara yardım məqsədilə fotoəsərlər sərgilənmişdi. Bu dəfə isə "Gənclik” stansiyasının yeni təmirdən çıxmış keçidləri fotoqrafların ixtiyarında idi. Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən yaxşı sərgi məkanıdır.
 
 
"Metro Gallery” belə bir layihənin başlanmasına mart ayında start verib. Layihəyə marağın həddindən artıq çox olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkil sübut edir. Mövzülar müxtəlif və rəngarəng olub. Daha istedadlı 39 iştirakçının 92 əsəri əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib.
 
Bu əsərlər noyabrın 15-nə qədər nümayiş olunacaq. Sənətsevərlər bu əsərlərə metronun "Gənclik” stansiyasının keçidlərində baxa bilərlər.
 




























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb