İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni binasının açılışında iştirak etdi - FOTOLAR

13:51 | 19.04.2016
İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni binasının açılışında iştirak etdi - FOTOLAR

İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni binasının açılışında iştirak etdi - FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev "Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına inzibati binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 1,7 hektar sahəsi olan bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb.

"Azəravtoyol” ASC-nin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, "Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. Binada müasir yeməkxana, 252 yerlik akt zalı, müxtəlif təyinatlı liftlər quraşdırılıb.

Azərbaycan prezidenti İlham Əliyev kollektivə uğurlar arzulayıb.
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb