Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili Cankarlo Alberti Bakıya gəlib.
Bu vəzifədə o, Fidel Kolomanı əvəz edib.
Azərbaycandakı diplomatik missiyaya 3 il Fidel Koloma rəhbərlik edib.
Azərbaycanla Çili arasında diplomatik əlaqələr 1994-cü il noyabrın 3-də qurulub.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 4 mart 2016-cı il tarixindən Azər Badamov işçi qrupunun rəhbəridir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !