İlk medalı qazanan idmançımız danışdı

14:00 | 14.06.2015
İlk medalı qazanan idmançımız danışdı

İlk medalı qazanan idmançımız danışdı

""Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycan atletləri arasında ilk medalı qazanmaq çox qürurvericidir və mən bununla fəxr edirəm. Doğma vətənimizdə ilk dəfə keçirilən bu mötəbər yarışda medal sahibi olmaq mənim üçün çox önəmli idi. Bunun üçün də yarışlara yaxşı hazırlaşmışdım." 

ANS PRESS-in məlumatına görə, bu sözləri AzərTAc-a müsahibəsində karatenin kumite yarışlarında 55 kiloqram çəki dərəcəsində mübarizə aparan və bürünc medal qazanan idmançımız İlahə Qasımova deyib.

"Artıq mən birinci Avropa Oyunlarında ilk medala sahib olan Azərbaycan idmançısı kimi tarixə düşdüm. Bu, mənim üçün çox böyük sevincdir”, - deyə İlahə Qasımova qeyd edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM