Çingiz Abdullayev: "Meydana 12-ci oyunçu kimi çıxmağa hazıram" - RƏY

16:54 | 20.05.2016
Çingiz Abdullayev:

Çingiz Abdullayev: "Meydana 12-ci oyunçu kimi çıxmağa hazıram" - RƏY

Rüstəm Qasımov

Mayın 25-də Tofiq Bəhramov adına respublika stadionunda "Neftçi" və "Qarabağ" futbol klubları arasında Azərbaycan kuboku uğrunda final matçı keçiriləcək. Bu vacib görüş öncəsi ANN.Az portalı "Neftçi" futbol klubunun Müşahidəçilər Şurasının sədri, tanınmış yazıçı Çingiz Abdullayevin fikirlərini öyrənib: 

- Çingiz müəllim, necə hesab edirsiniz, qarşıdakı oyunu tarixi matç adlandıra bilərikmi? 

- Bu iki klubun iki il dalbadal Azərbaycan kubokunun finalına çıxdığını nəzərə alsaq, bəli. Birincisi, bu stabillik göstəricisidir, ikincisi, "Neftçi" artıq beşinci ildir ki, bu prestijli turnirin finalına çıxır. Etiraf edin ki, indiyə qədər Azərbaycan və dünya futbolu tarixində bir klubun 5 dəfə kubokun finalına çıxması kimi bir şey olmayıb. Stabil oyun göstərməklə ölkə liqasının çempionu olmaq olar, ancaq Kubokda məsələ başqadır. Biz "Qəbələ" kimi güclü rəqiblə bir neçə gün ərzində 3 oyun oynadıq, işimiz çətin idi, qarşılaşmalardan ikisini biz rəqib meydançada keçirdik. Ancaq bizim komandamız sonda qələbə çala bildi. "Neftçi"nin Azərbaycan kubokunun finalına çıxması bir tərəfdən stabillik göstəricisi, digər tərəfdən isə tarixi olmasa belə, klubun tarixi üçün əlamətdar hadisədir. 

Bu matç həm də ona görə əlamətdardır ki, keçən ildən fərqli olaraq, bu dəfə meydançaya yenilənmiş komanda çıxır, bunu "Neftçi"dəki kardinal dəyişikliklərə borcluyuq. Əgər keçən ilin yarımfinalında "Neftçi"nin heyətindəki futbolçulardan yeddisi legioner idisə, bu il tamam başqa mənəzərə mövcuddur, məsələn, Bakı "İnter"inə qarşı sonuncu matça çıxan "Neftçi" futbolçularından onu yerlilər idi, onların da altısı gənclər idi. Bizim üçün çox çətin idi, bizi tənqid edənlərin sayı-hesabı yoxdu, ancaq biz yerimizdə möhkəm dayana bildik. Öz kursumuza sadiq qalmaqda davam edirik, gənclərə və öz yetirmələrimizə etibar edirik! Komanda hər zaman legionerlər çıxış edib, etməkdə də davam edəcək, ancaq biz onların sayını minumuma endirmək istəyirik, azərbaycanlı futbolçulardan ibarət güclü formalaşdırmaq niyyətindəyik. 

- Bu görüşdə qələbə qazanmaq "Neftçi" üçün nə qədər vacibdir? 

- Məncə, çox! Bildiyim qədəriylə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov öz oyunçularına deyib ki, bu görüşdə qələbə Ağdam klubundansa, Bakı klubuna daha çox lazımdır. Bu ili yaxşı keçirmədiyimizi nəzərə alsaq, bəli bu qələbə bizim üçün vacibdir. "Qarabağ" klubu son üç ildə kifayət qədər titullar qazanıb. Bu gün "Neftçi" klubunun təməlinin gənc futbolçulardan ibarət olduğunu nəzərə alsaq, Azərbaycan kubokunda qələbə komanda üçün yaxşı stimul olacaq! 

-  "Neftçi"nin qələbə şansları nə qədərdir? 

- Şanslar hər zaman mövcuddur, axı bu futboldu! Biz sadəcə yaxşı yox, çox yaxşı oynamalıyıq. Luis Kerrollun "Alisa möcüzələr diyarında" əsərindən bir fikri xatırlayıram, orda baş qəhraman belə deyir: "Yerində dayanmaq üçün - qaçmaq lazımdır, kiməsə çatmaq üçünsə - var gücüylə qaçmaq lazımdır". Hesab edirəm ki, bizim futbolçularımız var gücüylə qaçmalıdırlar. Etiraf etmək lazımdır ki, "Qarabağ" güclü komandadır, Azərbaycan premyer liqasında bütün klublardan bir baş üstün oyun sərgiləyirlər. Həm də onu bilirik ki, bizim gənc futbolçularımız üçün belə güclü komandanın qarşısına çıxmaq asan olmayacaq. Acnaq ruhdan düşmək, elə məğlubiyyət deməkdir. Taleyə də çağrı etmək lazımdır, məhz belə oyunlardan komandanın xarakteri üzə çıxır, gənc futboçular Azərbaycan futbolunun flaqmanı olan "Neftçi" klubunun əsas heyətində oynamağa layiq olub-olmadıqlarını sübut etməlidirlər. Mən bu gün komandaların qalibiyyət şanslarını bərabər hesab edirəm, axı bu klublar finalda görüşürlər, bura heç bir komanda təsadüfən gəlib çıxmır. Bizim komandamız sürət, elsatiklik, çeviklik, cəsarət və qələbəyə güclü istəklə öz istəyinə çata bilər. Bunların sayəsində biz artıq bir dəfə çox çətinliklə də olsa, "Qarabağ" futbol klubunu məğlub edə bilmişik. Biz bu uğuru bir daha təkrarlamalıyıq!

-  Sonda siz oyunla bağlı proqnoz verə bilərsinizmi? 

- Təəssüf ki, yox. Bilirsinizmi, bu məsələdə mən obyektiv münasibət göstərə bilmərəm, çünki hisslərlə ağıl burada ziddiyət təşkil edir. Ona görə də yaxşısı budur proqnozlardan çəkinim (gülür). Yəqin ki, Azərbaycanda mənim qədər "Neftçi"nin qələbəsini istəyən başqa bir kəs yoxdur. əgər mənə desyədilər ki, oyunun nəticəsinə təsir edəcəyini bilsəniz, meydana 12-ci ounçu kimi çıxardınızmı? Mən düşünmədən uşaqlara kömək etmək üçün bunu edərdim. Əlbəttə, mən "Neftçi"nin qələbəsini istəyirəm, ancaq həm də bilirəm ki, bu olduqca çətin olacaq!


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb