“Instagram” istifadəçilərinə Xoş xəbər

13:45 | 13.12.2013
“Instagram” istifadəçilərinə Xoş xəbər

“Instagram” istifadəçilərinə Xoş xəbər

“Instagram”ın təqdim etdiyi yeni “Instagram Direct” xidməti sayəsində abunəçilər bir-birlərinə şəxsi mesaj, fotoşəkil və videoçarxlar göndərə biləcəklər.

"İnsanların arasında ünsiyyət yaratmaq bizim siyasətimizin əsas prinsipidir. Söhbət spam mesajların göndərilməsindən deyil, hər hansı bir həyat anını dostlarla paylaşmaqdan gedir" – şirkətin direktoru Kevin Sistrom Nyu-Yorkda keçirilmiş xüsusi mətbuat konfransında deyib.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, onun sözlərinə görə, yeni xidmətə yüksək tələbat olacaq. Bundan başqa, Sistrom bildirib ki, bu xidmət müştərilərinə öz məhsul və xidmətləri ilə haqqında şəkilli informasiya göndərən şirkətlər üçün faydalı olacaq.

Yeni xidmət “iPhone” və “Android” platformaları ilə işləyən qurğulara hesablanıb. Onun aktivləşdirilməsi üçün “Instagram 5.0” xüsusi tətbiqini yükləmək lazımdır.

Xatırladaq ki, 2011-ci ildə “Facebook” korporasiyası “Instagram” xidmətini 1 milyard dollara satın alıb.

“ICTnews”

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb