“Instagram” videoların müddətini artırır

22:01 | 30.03.2016
“Instagram” videoların müddətini artırır

“Instagram” videoların müddətini artırır

"Instagram” foto xidməti yüklənən videoların müddətini artırıb. 
 
İKT.lent.az-ın şirkətin bloquna istinadən verdiyi məlumatına görə, yaxın vaxtlarda davamlılıq müddəti 60 saniyə olan videolar yükləmək imkanı yaranacaq. Artıq bir sıra istifadəçilər bu yenilikdən istifadə edə bilirlər.
 
Şirkətin məlumatına görə, son 6 ay ərzində yüklənən videokontentin sayı 40 faiz artıb. Bu səbəblə "Instagram” istifadəçilərə yeni imkan təklif edir. 
 
Qeyd edək ki, hazırda bu sosial şəbəkədə istifadəçilər yalnız davamlılıq müddəti 15 saniyə olan videolar yükləyə bilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM