İnternatda böyüyən uşaq üçün müəyyən güzəştlər üçün proqram hazırlanmalıdır - TƏKLİF

16:25 | 17.11.2022
İnternatda böyüyən uşaq üçün müəyyən güzəştlər üçün proqram hazırlanmalıdır - TƏKLİF

İnternatda böyüyən uşaq üçün müəyyən güzəştlər üçün proqram hazırlanmalıdır - TƏKLİF

Azərbaycanda internatda böyüyən uşaq üçün müəyyən güzəştlər üçün proqram hazırlanmalıdır. Bunu Parlamentin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova deyib. 

"Ölkəmizdə internatı bitirən uşaqlar üçün məzun evləri var. Amma təklif edirəm aiddiyatı qurumlar digər məsələlərlə bağlı bir proqram hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin. Məsələn qonşu Türkiyədə bu təbəqədən olan uşaqlara dövlət və özəl müəssisələrdə həm işlə bağlı həm də güzəştlərlə bağlı proqram layihəsi tətbiq olunub. Oxşarı bizim ölkədə də hazırlana bilər”, -deputat bildirib.

Hicran Hüseynova həmçinin Sumqayıtın Corat qəsəbəsində kanalzasiya və istiliklə bağlı ciddi problemlərin olduğunu vurğulayıb. Deputat bildirib ki, həmin ərazidə daha çox şəhid və qazi ailələri, eləcə də sosial durumu aşağı olan ailələr yaşayır.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb