İnter" 8 futbolçusu ilə yolları ayırır

20:24 | 19.05.2014
İnter" 8 futbolçusu ilə yolları ayırır

İnter" 8 futbolçusu ilə yolları ayırır

Bakının "İnter" klubu yeni mövsüm üçün heyətdə köklü dəyişiklik etməyə hazırlaşır.

Qol.Az-ın məlumatına görə, paytaxt təmsilçisi artıq bir neçə futbolçu ilə yolları ayırmaq qərarına gəlib.

Klubun mətbuat xidmətindən verilən xəbərə görə, artıq "İnter"dən gedəcək bəzi futbolçuların kimliyi müəyyənləşib. Həmin futbolçular bunlardır: Aleksandr İaşvili, Samir Zərgərov, Ruslan Əmircanov, Vaqif Cavadov, Matiya Şpiçiç, Elhad Nəziri, Flavio Bek və İvo Taborski.

Bununla belə, "bankirlər" 8 futbolçusu ilə müqaviləni yeniləyib. Baçana Sxadadze, Arif Daşdəmirov, Laşa Salukvadze, Səlahət Ağayev, Giorgi Lomaya, Slavço Georgiyevski, Derlis Meza Kolli və Elşən Poladov yeni mövsümdə də "İnter"in şərəfini qoruyacaq.

Qeyd edək ki, "İnter"in yaxın günlərdə daha bir neçə futbolçusu ilə müqavilə yeniləyəcəyi gözlənilir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb