İran Azərbaycana elektrikötürücü xəttinin tikintisini başa çatdırdı

19:35 | 30.06.2016
İran Azərbaycana elektrikötürücü xəttinin tikintisini başa çatdırdı

İran Azərbaycana elektrikötürücü xəttinin tikintisini başa çatdırdı

İranın energetika naziri Həmid Çitçyan ölkənin qonşu Azərbaycana elektrik ötürəcəyi infrastruktur layihəsinin başa çatdığını bəyan edib. 

Oxu.Az bu barədə İran.ru-ya istinadən xəbər verir. 

"İran iki ölkə arasıda 600 meqavata qədər elektrik enerjisi ötürə biləcək elektrikötürücü xətti layihəsi başa çatıb”, - nazir bildirib. 

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Gürcüstanda elektrik enerjisinin istehlakı üzrə pik mövsüm qış, İran üçün isə yay mövsümüdür.

"İran elektrik enerjisini bu ölkələrə qışda ixrac edəcək və yayada isə idxal edəcək. Beləliklə, biz yeni elektrik stansiyalarının tikintilərinin azaldılması hesabına məsrəflərə qənaət edə bilərik”, - Həmid Çitçyan bildirib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb