İŞİD-dən musiqi və tarix dərslərinə qadağa

15:24 | 29.08.2014
İŞİD-dən musiqi və tarix dərslərinə qadağa

İŞİD-dən musiqi və tarix dərslərinə qadağa

“İŞİD” Təhsil İdarəsi Suriyada təşkilatın nəzarətində olan bölgələrdə tədris edilən bir çox fənlərə və məktəblərdə Suriya himninə qadağa qoyub

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının, Suriyada nəzarəti təmin etdiyi bölgələrdə təhsil müəssisələrində musiqi, tarix və din mədəniyyəti kimi bəzi dərslərə qadağa qoyub. 

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə yayımlanan “İŞİD”-ə bağlı "Təhsil İdarəsinin çıxardığı təlimatnamə”də “Əsəd Suriyası”nın təhsil sitemində iştirak edən musiqi, tarix və din mədəniyyəti dərslərinin əlverişsiz görüldüyü bəzi anlayışları dəyişdirərək proqramdan çıxarılması lazım olduğu ifadə edilir. 

Suriya himninin tədris edilməsi və oxunulmasının qadağan olduğu ifadə edilən təlimatnamədə, “Suriya Ərəb Respublikası” sözünün "Ed-Devletul İslamiyyə (İslam Dövləti)" olaraq dəyişdirildiyi bildirilir. 

Milliçilik və irqçilik anlayışının tərk edildiyi və aidiyyət yalnız İslam dininə verildiyi ifadə edilən təlimatnamədə, riyaziyyat sahəsində faizin qanuni göstərilməsinə yol açacaq nümunələrə icazə verilməyəcəyi qeyd edilir. 

Darvin nəzəriyyəsiylə əlaqədar olan və ya yaradılışı inkar edən hər cür elmi məlumatın silinəcəyi bildirilən təlimatnamədə tədrisdən çıxarılan fənlər bunlardır: "İncəsənət və musiqi təhsili, milli təhsil, ictimai məlumatlar, tarix, gözəl sənətlər, bədən tərbiyəsi, fəlsəfə, sosiologiya, psixologiya, din mədəniyyəti fənləri tədrisdən çıxarılsın".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb