İsmayıllıdakı velosiped zavodu fəaliyyətini dayandırıb? - Açıqlama

17:16 | 08.09.2016
İsmayıllıdakı velosiped zavodu fəaliyyətini dayandırıb? - Açıqlama

İsmayıllıdakı velosiped zavodu fəaliyyətini dayandırıb? - Açıqlama

Bu gün sosial şəbəkədə İsmayıllı rayonunda yenicə istifadəyə verilmiş "İsma Bikes" Velosiped Zavodunun fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayılıb. Məlumatda zavodun hansı səbəbdən fəaliyyətini dayandırması açıqlanmır.

Qaynarinfo.Az "İsma Bikes” Velosiped Zavodu ilə əlaqə saxlayıb. Zavodun istehsalat müdiri Elnur Əliyev bildirib ki, yayılan məlumat doğru deyil: "Zavod fəaliyyətini dayandırmayıb, qismən fəaliyyət göstərir. Eyni zamanda işə götürülən yeni işçilər Bolqarıstanda velosiped zavodunda kurs keçirlər.

Zavodun tam fəaliyyətə düşməməsinin əsas səbəbi yeni velosiped növlərinin artmasıdır. Əvvəl 5 növ velosiped istehsal etməyi planlaşdırmışdıq, amma sonradan növlərin sayı artdı. Yeni növ velosipedlər üçün götürülən işçilər də xaricə kurs keçməyə göndərilib. 

Hazırda isə yalnız öncədən nəzərdə tutulmuş 5 növ velosiped istehsal olunur. Yaxın 15-20 gün ərzində isə tam fəaliyyət göstərəcəyik". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb