İspan cütlük Bakı 2015-in birincisi oldu

15:26 | 21.06.2015
İspan cütlük Bakı 2015-in birincisi oldu

İspan cütlük Bakı 2015-in birincisi oldu

Bakı 2015 Birinci Avropa Oyunlarında İspaniya cütlüyü birinci yerə çıxıb. 

ANS PRESS-in məlumatına görə, Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə yarışların ilk nəticələri bilinib. Yarışmanın sonunda ən yüksək göstəriciləri əldə etmiş ispaniyalı cütlük qızıl medal qazanıb. 

Qarışıq cütlük yarışında İspaniyadan Sara Lopez Moreno və Vicente Lli Lloris 21.150 xal toplayaraq finalda birincilik əldə ediblər. 

İtaliyadan Miçela Kastoldi və Davide Donati cütlüyü gümüş (21.050 xal), Rusiyadan Duxik Canazyan və Denis Solovyev 20.500 xal hesabı ilə bürünc medala yiyələniblər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb