İstiqrazlara pul qoymaq sərfəli olacaqmı? - RƏY

16:06 | 27.01.2016
İstiqrazlara pul qoymaq sərfəli olacaqmı? - RƏY

İstiqrazlara pul qoymaq sərfəli olacaqmı? - RƏY

Maliyyə nazirinin açıqlamalarına görə, uzun müddətdir müzakirə edilən məsələlər reallığa çevrilir. 

Belə ki, Maliyyə Nazirliyi tərəfindən manat və dollar bazarında (müvafiq olaraq illik gəlirlilik 12% və 3%) dövlət istiqrazları emissiya olunacaq. 

Bu barədə Oxu.Az-a açıqlamasında kapital bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib. 

"Bunun reallaşması nəticəsində manatın gəlirliliyi yüksələcək və mövcud vəziyyətdə manata olan güvənin nisbətən təsis edilməsinin tək yolu manat gəlirliliyini artırmaq idi. 

Hesab edirəm ki, banklar əmanətə daha yüksək faiz təklif edəcək ki, bu da əhalinin və iqtisadi subyektlərin manatda pozisyonlarını qoymalarını təşviq edəcək. Digər tərəfdən isə dollarlaşma prosesi nəticəsində əllərdə yığılmış vəsaitlər investisiyaya yönələcək.

Maliyyə Nazırliyi tərəfindən büdcə açığının bağlanması üçün cəlb olunan dollar bazlı vəsaitlər təkrar satışa çıxarılaraq bazarın dollara olan tələbini qarşılayacaq və nəticədə Mərkəzi Bankın valyuta rezervlərinin müəyyən səviyyədə saxlamasına kömək edəcək.

Sadə vətəndaşlar yasdıq altında saxladıqları və ya banklarda olan əmanətlərini manat və dollar istiqrazlarının investisiyasına yönəldə bilərlər. Belə ki, müştəri investisiya şirkəti ilə müqavilə bağlayaraq bu istiqrazları almaq üçün şirkətə sifariş verəcək.

Şirkətdə müştərinin vəsaitinə uyğun istiqrazları alacaq və MDM-də müştərinin şəxsi hesabında saxlayacaq. Mütəmadi faiz ödənişlərini alacaq və istiqrazların müddəti bitəndə nazirlik tərəfindən ana vəsaiti müştərinin bank hesabına avtomatik qaytarılacaq. Artıq əmanət kimi bu gəlirlərdən də vergi ödənilməyəcək”, - deyə C.Cəfərli qeyd edib. 

Qeyd edək ki, ötən gün Maliyyə naziri Samir Şərifov ANS TV-yə müsahibəsində bildirmişdi ki, 2016-cı ildə Azərbaycan hökuməti daxili fond bazarında yerləşdirmək üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır.

Nazirin sözlərinə görə, bu il manat istiqrazları üzrə gəlirlilik inflyasiya səviyyəsini ötəcək və 11-12% təşkil edəcək. Dollar istiqrazları üzrə faiz dərəcəsi isə 3% olacaq.

"Manatla borc öhdəliklərinin buraxılmasında əsas məqsəd milli valyutaya inamın qaytarılması və əhalinin əmanətlərinin bazara cəlb edilməsidir.

Bununla yanaşı, dollar istiqrazları üzrə gəlirlilik bank əmanətləri üzrə faiz dərəcələrindən aşağı olacaq ki, bank sektorundan valyuta axınına yol verilməsin”, - deyə, nazir bildirmişdi.

Xatırladaq ki, çərşənbə günü Azərbaycan Maliyyə Nazirliyi dəyəri 100 dollar olmaqla, ümumilikdə 5 milyon istiqraz buraxıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb