İyul ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər az olacaq.
Orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və iki dərəcə yüksəkdir. Gecələr temperatur 22-27, gündüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 2-3 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr temperatur 20-25, gündüzlər 31-36, bəzi günlərdə 38-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr temperatur 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 36-73 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və iki dərəcə yüksəkdir. Gecələr temperatur 21-26, gündüzlər 30-35, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir. Gecələr temperatur 18-23, gündüzlər 28-33, bəzi günlərdə 35-38 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxınolacağı (norma 9-118 mm) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və iki dərəcə yüksəkdir. Gecələr temperatur 23-28, gündüzlər 31-36, bəzi günlərdə 38-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 mm) olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !