Kadırov: İŞİD-ə qoşulan çeçenlərin sayı azalır

10:47 | 11.08.2015
Kadırov: İŞİD-ə qoşulan çeçenlərin sayı azalır

Kadırov: İŞİD-ə qoşulan çeçenlərin sayı azalır

"Çeçenistana geri yol olmayacaq”.

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, "İslam dövləti”nin (İŞİD) sıralarına qoşulan çeçenlərin sayı azalır. 

Oxu.Az xəbər verir ki, bu barədə Kadırov "VKontakte” səhifəsində yazıb. 

"İlk növbədə, cəmiyyət Suriya və İraqa gedənləri deyil, həmçinin bu şeytanları sadəcə mənən dəstəkləyənləri də kəskin pisləyir. İŞİDə qoşulma hallarının sayı kəskin azalıb, praktiki olaraq sıfıra enib”, - Kadırov yazıb. 

Kadırovun sözlərinə görə, respublika rəhbərliyi belə qərara gəlib ki, İŞİD-i seçənlər üçün Çeçenistana geri yol olmamalıdır və olmayacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb