Kadırov Zabit Səmədovun qələbəsini şərh etdi

14:47 | 03.12.2018
Kadırov Zabit Səmədovun qələbəsini şərh etdi

Kadırov Zabit Səmədovun qələbəsini şərh etdi

Çeçenistan prezidenti Ramzan Kadırov Zabit Səmədovun Belarusdakı qələbəsi barədə danışıb.

Kadırov üçüncü raundda Yevgeni Orlov üzərində nokautla qələbə qazanmış Səmədovu təbrik edib:

"Biz böyük maraqla Çeçenistan Respublikasının "Axmat” klubunun təmsilçisi və yetirmələrinin görüşlərini gözləyirdik. Şadam ki, əziz qardaşlarımız – Zabit Səmədov, Sayfulla Xambaxadov, Süleyman Kosumov, Əbdül-Əziz Yusifov gözəl və həmişəki kimi inamlı qələbə qazandı.

Əminəm ki, bütün döyüşlər tamaşaçıların xoşuna gəldi. Əziz qardaşlarım – Zabit Səmədova və Çeçenistan Kikboksinq Federasiyasının prezidenti, Çeçenistan üzrə Rusiya Pensiya Fondu İdarəsinin rəhbəri Moxmad-Əmi Əhmədova əla səviyyədə turnir təşkil etdiklərinə görə təşəkkürümü bildirirəm. Bütün qalibləri gözəl nəticələrə görə təbrik edirəm. Onlara xoşbəxtlik və daha çox uğurlar arzulayıram!”

oxu.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb