Qarabağda şagirdlərin rus bölməsi üzrə təhsil məsələsi aktual deyil - Eşqi Bağırov

13:05 | 06.03.2024
Qarabağda şagirdlərin rus bölməsi üzrə təhsil məsələsi aktual deyil - Eşqi Bağırov

Qarabağda şagirdlərin rus bölməsi üzrə təhsil məsələsi aktual deyil - Eşqi Bağırov

Hazırda rus bölməsi ilə bağlı kadr problemi olduğu üçün Qarabağda şagirdlərin bu dildə  təhsil alması məsələsi aktual deyil.

"Bunun üçün zəruri şərtlər var. Pedaqoji kadr varsa bu mümkündür. Bütün infrastruktur mövcuddur.Hazırda pedaqoji kadr təminatında problemlər var.Bu problemkər olduğu halda təminatı qarşılaya bilməyəcəyik",- Eşqi Bağırov martın 6-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
 
Bundan öncə elm və təhsil naziri Emin Əmrullayev mətbuat üçün keçirdiyi brifinqdə deyib ki, rus bölməsi üzrə kadr problemi var və bu dildə  təhsilverənlər üçün hazırda nazirliyin 300-dən çox boş vakansiyası mövcuddur. 
 
Nazir söyləyib ki, əgər Azərbaycan bölmısi üzrə müəllimlərin işə qəbulu 80 bal üzərində hesablanırsa rus bölməsində bu bal 30 bal səviyyəsində qiymətləndirilir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb