Kann kinofestivalının açılışı baş tutdu

18:55 | 15.05.2014
Kann kinofestivalının açılışı baş tutdu

Kann kinofestivalının açılışı baş tutdu

Tədbirdə aktyorlar qırmızı xalça üzərindən keçərkən göz qamaşdırıb

Ötən gün Kannda 67-ci Beynəlxalq kinofestivalın açılışı baş tutub. 

ANS PRESS-in məlumatına görə, festival Fransa rejissoru Olivye Daanın “Monako şahzadəsi” filminin nümayişi ilə açılıb. Filmdə baş rolda məşhur aktrisa Nikol Kidman çəkilib. Çoxdandır gözlənilən mərasim festivallar məkanı adlanan Lyumer teatrında keçirilib. Gecənin açılışının əsas qəhramanı elə Nikol Kidman olub. Bu il festivalın aparıcılığını fransız aktyoru Lamber Vilson edəcək. Tədbirdə aktyorlar qırmızı xalça üzərindən keçərkən göz qamaşdırıb. Onlar arasında Nikol Kidman, Bleyk Layvli və digər tanınmışlar olub.

18 filmin iştirak etdiyi müsabiqəyə fransız aktrisası Karol Buke, Uillem Defo (ABŞ), Qael Qarsia Bernal (Meksika), Çon Do En (Cənubi Koreya), Leyla Hatəmi (İran), Sofiya Koppola (ABŞ), Tszya Canke (ÇXR) və rejissor Nikolas Vindinq Refn (Danimarka) münsiflik edirlər. Münsiflər heyətinə yeni zelandiyalı rejissor Ceyn Kempion başçılıq edir.

Bundan əlavə, festival çərçivəsində qısametrajlı filmlərin müsabiqəsi də keçiriləcək. Rejissor Sergey Pikalovun Rusiya və Azərbaycanın birgə istehsalı olan və Yer üzündə yaşayan sonuncu İkinci dünya müharibəsi veteranından söz açan “Sonuncu” ibrətamiz sənədli filmi də müsabiqə iştirak edir. Filmdə baş rolda 66 yaşlı azərbaycanlı aktyor İdris Rüstəmov çəkilib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb