“Katti Sark”: XIX əsrdən qalma məşhur gəmi muzeyi REPORTAJ

18:24 | 07.08.2015
“Katti Sark”: XIX əsrdən qalma məşhur gəmi muzeyi – REPORTAJ

“Katti Sark”: XIX əsrdən qalma məşhur gəmi muzeyi REPORTAJ

Rüstəm Qasımov

Bu gün biz sizinlə dünyanın ən maraqlı muzeylərindən birinə baş çəkəcəyik, bu muzey bizim adət etdiyimiz kimi binada yox, dünyaca məşhur bir gəmidə yerləşir. Bizim səyəhət etdiyimiz gəmi muzeyi "Katti Sark” 19-cu əsrdən qalma kliperlərdən (yüksəksürətli yelkənli gəmi) biridir. Bu kliper 1869-cu ildə çay kliperi kimi fəaliyyətə başlayıb. 20-ci əsrin ortalarından etibarən isə bu yelkənli gəmidən muzey kimi istifadə edilir və o, Qrinviçdə quru dokda (gəmilərin təmir edildiyi yer) saxlanılır. 
 


Səyahətimizin əvvəlində mən istədim gəminin möhtəşəmliyini müxtəlif rakurslardan çəkilmiş fotolar vasitəsilə sizə göstərim. Əlbəttə, gəmi canlı daha da gözəl görünürdü. 
 







Muzeyə bilet pulu böyüklər üçün 30 manat civarındadır. Ancaq sizin birdən iki bilet almaq şansınız var, ikinci biletlə siz muzeydən 20 dəqiqəlik məsafədə yerləşən məşhur Qrinviç rəsədxanasına baş çəkə bilərsiniz. 

Biz isə gəmidə öz səyahətmizə başlayırıq. Gəminin müvazinəti müxtəlif tərəflərdən polad zəncirlər vasitəsilə saxlanılır. 
 



Bundan başqa, gəmi aşağı tərəfdən bütün perimetrlərdə şüşələrlə əhatələnib.
 




İçəridən o məhz belə görünür. 

Pilləkənlərdən aşağı düşüb, dünyaca muzeyin içərisinə daxil olursan, doğrudan da qəribə hissdir, görürsən ki, başının üzərinə nəhəng bir gəmi var. 
 



Adi vaxtlarda həmişə suyun altında qalan gəminin qabaq hissəsi əslində beləymiş. 

Burada xeyriyyə məqsədilə qutu qoyulub, yığılan qəpikləri görəndə, başa düşürsən ki, ziyarətçilər xeyriyyəçilik məsələsində çox səxavətlidirlər. 
 


Gəmidə həmçinin Böyük Briyaniya uğrunda qəhrəmanlıq göstərənlərin adları olan lövhə var. 
 


Ətrafda gəminin tarixiylə bağlı çoxlu suvenir görmək mümkündür, ziyarətçilər belə şeyləri sevirlər. 

Gəmidə həmçinin kafe var, yorulanlar burada oturub dincələ, sonra da səyahətlərinə davam edə bilərlər. Belə bir qəlyanaltı sizə təxminən 13 manata başa gələcək. 
 


Madam ki, bu gəmiyə səyahətə çıxdıq, gəlin bu yelkənli gəmiylə bağlı maraqlı faktlara göz gəzdirək. Bu kliperi Herkuler Linton layihələndirib və o, 1869-cu ilin 23 noyabrında Şotlandiyanın Dambarton şəhərində Klay çayına buraxılıb. Gəmini sifariş verən şəxs isə "Ağ silindr” ləqəbiylə tanınan Con "Cok” Uillis olub. Gəminin kapitanına Çindən çay gətirmək üçün dünyanın ən yaxşı kliperi lazım idi ki, çaylarda cəld manevr edə bilsin. Konstruksiya baxımından o kompozitli olmalıydı, dəmir komplektdən ibarət və taxtalardan üz çəkilmiş. 
 


"Katti Sark” adının haradan qaynaqlandığını da bilmək maraqlı olardı. Sən demə, şotland dilindən tərcümədə «Cutty Sark» "Qısa köynək” mənasını verirmiş. Gəminin gələcək sahibi Con Uillis bir dəfə yuxuda bataqlığın üzərində gecə köynəyində uçan gənc ifritə görür. Əvvəlcə o istəyir gəmiyə ifritənin adını qoysun, ancaq ifritənin adını daşıyan gəmiyə heyət yığmaq mümkünsüz olardı. Matroslar əksər hallarda mövhumatçı olurlar (19-cu əsrdə xüsusilə), ancaq Uillis arzusundan imtina etmək istəmirdi. O zaman Uillisin ağlına köynək gəldi, onda o mövhumatçılıqdan yan keçə, öz arzusunu da reallaşdıra bilərdi. Bundan başqa, gəminin burnu ifritəni təsvir edirdi. 
 


Yuxarıda qeyd edildiyi kimi, gəmidən Çindən çay gətirmək üçün istifadə edilirdi, həmin dövrdə o, Afikadan keçməklə Çindən Londona çay gətirirdi. Burda qeyri-adi heç nə yoxuydu, kliperə ən böyük şöhrəti 1872-ci ildə "Fermopil” kliperiylə baş tutan yarış gətirdi. Hər iki kliper 18 iyundan Şanxaydan yola çıxdılar. Ancaq iki həftədən sonra "Katti Sark” tufana düşdüyündən, sükanı itirdi və kapitan Moudi gəminin ehtiyatdakı sükanının işə salınması üçün hazırlıq görülərkən, gəmini  küləyin istiqamətinə tutdu. İşlər 8 sutka davam etdi, çünki dəhşətli fırtına dayanmaq bilmirdi. Gəminin heyəti dənizlərdə ağır günlər keçirdi, kapitanın oğlu və digər heyət üzvləri bir neçə dəfə ölümdən döndülər. Nəticədə "Katti Sark” Londona "Fermopil”dən bir neçə həftə sonra çatdı, gəmi səyahətdə 122 gün keçirdi. Gəmi isə tarixə ona görə düşdü ki, qəza zamanı kapitan inadından dönmədi, tufan anında belə yarışı davam etdirdi, xarab olmuş sükanı əvəzləmək üçün qeyri-adi metoddan istifadə etdi və mənzil yerinə bir həftə gecikmiş olsa belə, gəlib çatdı. Bundan sonra "Katti Sark”ın reputasiyası qalxdı, bundan sonra Avstraliyadan yun gətirmək işi ona həvalə olundu, o isə o qədər böyük ərazini cəmi 67 günə qət edə bilirdi. İddialara görə, o özünün ən yaxşı vaxtında 360 mil məsafəni 1 saata qət edə bilirdi, bu da həmin ölçülərdə olan gəmi üçün görünməmiş bir rekord sayılırdı.  
 


Ancaq çoxda uzaq olmayan keçmişdə, 21 may 2007-ci ildə "Katti Sark”ın göyərtəsində baş verən yanğın nəticəsində, örtüklərin 80%-i yandı. Gəmi qısa müddər ərzində restavrasiya edildi, ancaq onun elə hissələri vardı ki, onları tamamilə restavrasiya etmək mümkünsüz idi. Hökumət də Britaniyanın simvollarından biri olan gəminin təmirində kömək edəcəyinə söz verdi. Restavrasiya 5 il davam etdi, 50 milyon funt sterlinq vəsait xərcləndi. Gəmi ziyarətçilərin üzünə bir də 2012-ci ilin 25 aprelində açıldı. Britaniya hökumətinin incəsənətə belə diqqətlə yanaşması əlbəttə ki, sevindirici haldır. 
 


Beləliklə, gəmidə yarımçıq qalan səyahətimizi 2-ci mərtəbədən davam etdirək. Qeyd edim ki, gəmidə xeyli sayda işçi var, onları uniformalarından ayırd etmək olur. Onlar sizə hər şey barədə, hətta gəminin tarixi barədə məlumat verməyə qədər kömək edə bilərlər. 

Gəmi iki mərtəbədən və göyərtədən ibarətdir. Gəmidə gəzərkən ehtiyatlı olmaq lazımdır, belə ki, gəminin tikintisinə çox sayda metal konstruksiyadan istifadə edilib, buna görə də gəzərkən başının harasa dəyməməsi üçün diqqətli olmaq lazımdır. 
 


Gəmi çay gətirmək işində ixtisaslaşdığından, birinci mərtəbədə çay qutularından ibarət yer var, hər şey elə düzəldilib ki, burada olarkən sanki 19-cü əsrə düşürsən. 
 





İkinci mərtəbədə "Katti Sark”ın tarixiylə birbaşa əlaqəsi olan esponatlar var. Bura birinci mərtəbədən fərqli olaraq, daha genişdir. 
 


Buranı uşaqlar daha çox sevirlər, burada onları maraqlandıracaq şeylərin sayı daha çoxdur. Buradakı skamyaları təkcə balacalar deyil, böyüklər də sevirlər, burada oturanda özünü elə hiss edirsən ki, sanki gəmiylə açıq dənizə səyahətə çıxmısan. 
 





 

Ancaq gəmidəki ən maraqlı yer göyərtədir, bura elə materialdan düzəldilib ki, hətta yağış yağanda belə, göyərtə islanmır. Bunu mən öz şəxsi təcrübəmdən bilirəm, hər kəsə məlumdur ki, Britaniya həm də tez-tez yağan yağışları ilə məşhurdur. Səhər yağış yağa, günorta isə göydən parlaq günəş ola bilər. Belə hal mənim də başıma gəldi. Göyərtədə olduğum vaxt leysan yağış yağmağa başladı, sanki o heç kəsməyəcəkdi, ona görə gəminin yelkənlərinin altında yağışdan gizlənmək məcburiyyətində qaldım.  Hələ uşaq olandan ən böyük arzularımdan biri gəminin sükanının arxasına keçmək olub. Belə nəhəng gəminin idarə edilməsi isə, yəqin ki, həqiqətdə çox vahiməli hisslər yaradır. 
 




Yağışa baxmayaraq, mən gəminin burnunun ucuna qədər gedə bildim, buradan möhtəşəm mənzərə açılırdı. Gəmidəki səyahəti bitirib, çıxışa doğru gedəndə, London muzeylərindəki ənənəvi yerlərdən birinə gəlib çıxdım, suvenir mağazasına. Burada çox sayda miniatür gəmilər satılırdı. 

Bununla da gəmi-muzeydəki səyahətim başa çatdı. 

Mədəniyyət, elm, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az saytı oxucularını təkcə Azərbaycandakı deyil, dünyanın ən maraqlı muzeyləri və qalereyaları ilə tanış etməkdə davam edir. 
 








































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM